Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real Madrid''in sabiq futbolçusu ''Olimpiakos''un baş məşqçisi olub

''Real Madrid''in sabiq futbolçusu ''Olimpiakos''un baş məşqçisi olub

Tarix: 20 Sentyabr 2022 14:36

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni baş məşqşisi bəlli olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Pirey təmsilçisi ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssis artıq Afinaya yola düşüb.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Milli.Az


Etiketlər:  Real Madridin sabiq futbolçusu Olimpiakosun baş məşqçisi olub


RƏYLƏR