Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Titanikin ulduzu xəsarət aldı - FOTO

Titanikin ulduzu xəsarət aldı - FOTO

Tarix: 20 Sentyabr 2022 15:40

46 yaşlı britaniyalı aktrisa Keyt Uinslet film çəkilişləri zamanı yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, hazırda Hollivud ulduzu Xorvatiyada "Li" tarixi dramının çəkilişlərində iştirak edir. Məlumata görə, çəkiliş zamanı Uinslet müvazinətini itirərək yıxılıb və xəsarət alıb, bundan sonra tibb müəssisəsinə yerləşdirilib.

Mənbədən bildirilib ki, hazırda onun səhhətinə heç bir təhlükə yoxdur və işləməyə davam edə bilər.

"Keyt sürüşərək yıxılıb və ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. O, yaxşıdır və bu həftə, planlaşdırıldığı kimi, çəkilişlərə başlanacaq", - deyə aktrisanın nümayəndələri bildiriblər.

Qeyd edək ki, "Oskar" mükafatçısı İkinci Dünya müharibəsi zamanı "Vogue" jurnalında müharibə müxbiri kimi fəaliyyət göstərən fotoqraf Li Milleri canlandıracaq. Aktyor heyətinə Marion Kotiyar, Cud Lou, Andrea Rayzboro və Coş Okonnor da daxildir.


Etiketlər:  Titanikin ulduzu xəsarət aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ