Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan buğda ixracı ilə bağlı məhdudiyyətləri ləğv etdi

Qazaxıstan buğda ixracı ilə bağlı məhdudiyyətləri  ləğv etdi

Tarix: 20 Sentyabr 2022 23:18

Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi.

"Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər", - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur.

Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Qeyd edək ki, avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir.


Etiketlər:  Qazaxıstan buğda ixracı ilə bağlı məhdudiyyətləri ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ