Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 23:48
Bədəndən ayaqdan başa kimi pis qan dövranı 40 yaşdan sonra insanı sürətlə qocaldan əsas səbəblərdən və simptomlardan biridir.
Sonxeber.net medicina.az-a istinadla xəbər verir ki, fizioterapevt Krus Tatt hər kəsin qan dövranının vəziyyətindən xəbərdar olmalı olduğunu bildirib.
"Qan dövranının pozulması təkcə yaş dəyişikliyi yox, eləcə diabet, ürək-damar problemi və damar xəstəliklərində ola bilər.
Onu müalicə etmədikd öz-özünə həll olan deyil. Əvəzində qısa müddətdə tromb, tromboz, infarkt, insult, xoralara səbəb ola bilər.
Pis qan dövranının əlamətləri bunlardır.
- Ayaqlarda sanki iynə batırma hissi.
- Soyuq əllər və ayaqlar - qan dövranı aşağı düşdükdə periferik zonalar daha soyuq olur
- Ödem, şişkinlik - əllər, ovuclar, ayaqlar şişir
- Əzələ spazmı, oynaqlarda ağrılar, ayaqlarda ağrılar - ən birinci səbəblərdən biri qan dövranı pozulmasıdır.
- Dərinin rənginin dəyişməsi - göyərmiş, ağarmış rəng alır. Əllərin barmaqlarına diqqət yetirin. Eləcə də dodaqlar göyərmiş olur.
Əgər bu əlamətlər varsa, siz kardioloq, nevroloqa müraciət etməlisiz.