Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 14:39
Bakı. Mətanət Nəsibova - Trend:
Bu gün Bakıda Azərbaycan və Cənubi Koreya arasında ticari-iqtisadi münasibətlərə həsr olunmuş biznes-forum öz işinə başlayıb.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) başçısı Yusif Abdullayev və Koreya İdxalçlar Assosiasiyasının (KOIMA) başçısı Xonq Kvanc Xinin çıxışları olacaq.
Tədbirdə neft-kimya məhsulları, tekstil, sənaye məhsullarının istehsalı və digər sahələrdə ixtisaslaşmış 8 böyük şirkətin nümayəndələri işdirak edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin