Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ailə ilə vidalaşmaq çox ağırdır'' - Mourinyo

''Ailə ilə vidalaşmaq çox ağırdır'' -  Mourinyo

Tarix: 30 Sentyabr 2019 14:40

Portuqaliyalı məşqçi Joze Mourinyo gələcəkdə yenidən İtaliyada malışmaq ehtimalını dəyərləndirib.

Qol.az xəbər verir ki, İtaliyada "Tiki-Taka" proqramına qatılan 56 yaşlı mütəxəssis belə bir fikirdə olmadığını deyib:

"Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm. "İnter" mənim evim, ailəmdir. Moratti yaxın dostumdur. Madriddəki finaldan sonra "San-Siro"ya qayıtsaydım, "İnter"dən heç vaxt ayrılmazdım. Ailə ilə vidalaşmaq çox ağırdır".

Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"i çalışdırıb və komandanı Çempionlar Liqasının qalibi edib.
 


Etiketlər:  Ailə ilə vidalaşmaq çox ağırdır Mourinyo


RƏYLƏR