Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda noutbuk istehsalı 42 faizdən çox artıb

Azərbaycanda noutbuk istehsalı 42 faizdən çox artıb

Tarix: 17 Avqust 2025 17:36

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 168 ədəd və ya 2,2 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 976 ədəd stolüstü kompüter istehsal edilib.

Hesabat dövründə istehsal olunan noutbukların sayı 1 430 ədəd olub ki, bu da illik müqayisədə 424 ədəd, yaxud da 42,15 faiz çoxdur. Ötən ilin eyni dövründə 1006 ədəd noutbuk istehsal edilib.

Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-iyul aylarında 155,6 milyon manatlıq məhsul istehsal olunub.

Bu da 2024-cü ilin yanvar-iyul ayında 139,7 milyon manatlıq məhsul istehsalı ilə müqayisədə 15,9 milyon manat və ya 11,38 faiz artımdır.


Etiketlər:  Azərbaycanda noutbuk istehsalı faizdən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ