Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiktini materialları alanlara XƏBƏRDARLIQ - VİDEO

Tiktini materialları alanlara XƏBƏRDARLIQ - VİDEO

Tarix: 17 Avqust 2025 22:00

Sosial şəbəkələrdə yaylan bu görüntülərdəki şəxs bazarda satılan tikinti materiallarının ölçüsünün deyilənə uyğun gəlmədiyini iddia edir. Məsələn, 3-lük adı ilə tanınan taxtanın daha nazik olduğunu bildirir.

Deyilənlərlə bağlı tikinti materilları bazarında satıcılara müraciət etsək də, danışmaq istəmədilər. Lakin bəziləri söylənənlərin doğru olduğunu, buna təkcə taxta yox, şifer və digər materiallarda da rast gəlindiyini dedilər.

Ekspertlər də belə məhsulların bazarda çox satıldığını və alıcıların tez-tez aldandığını bildirirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ekspert Elnur Fərzəliyevin sözlərinə görə, satıcılar bu yolla həm də vətəndaşlara maddi ziyan vururlər. Çünki, ölçü səhv qeyd edildiyinə görə hesablanma zamanı müştəridən artıq pul alınmış olur. Bu daha çox kubla alınan materillarda özünü göstərir.

Ekspert onu da bildirib ki, keyfiyyətsiz və ölçüləri standarta uyğun olmayan tikinti mterialları az deyil. Bu da öz növbəsində mənzillərdə təhlükə yarada bilər.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Etiketlər:  Tiktini materialları alanlara XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ