Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 12:56
Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğuran eskalasiya idi və onun hədələri ciddi qarşılanmalıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan "Sky News"a açıqlamasında deyib:
"Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil - nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır".
Nazir BBC-yə açıqlamasında isə bildirib ki, Rusiya daha əvvəl də bu cür təhdidlər səsləndirib.
"Bu ciddi təhdiddir, amma daha əvvəl də edilib", - deyə Gilian Kiqan bildirib.