Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib

Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib

Tarix: 21 Sentyabr 2022 23:42

Biz Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendum keçirmək cəhdlərindən narahatıq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, bu cür qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək.

"Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu dilə qətiririk", - deyə bəyanatda bildirilib.

Milli.Az


Etiketlər:  Türkiyə Ukrayna ərazisində birtərəfli referendum cəhdlərini pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ