Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt sakininin əlilliyə görə 30 il aldığı müavinət dayandırılıb - Səbəb nədir? - VİDEO

Sumqayıt sakininin əlilliyə görə 30 il aldığı müavinət dayandırılıb - Səbəb nədir? - VİDEO

Tarix: 22 Sentyabr 2022 17:44

Sumqayıtda qadının 30 il əlilliyə görə aldığı sosial ödəniş dayandırılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 55 yaşlı Nailə Ağalarova deyib ki, onun illər öncə ürəyində olan problem olub.

Həmin problemə görə ona əlillik dərəcəsi verilib.

1991-ci ildən aylıq 259 manat  ödəniş təyin edilib. 24 yaşından 2021-ci ilə qədər əlilliyə təyin edilən pulu alıb. Ancaq son bir il ərzində  ödənişi qəfil kəsilib.

Nailə Ağalarova məsələ ilə bağlı aidiyyəti üzrə müraciətlər etsə də, ona müsbət cavab verilməyib. Ona göndərilən bildirişd göndərişin natamam doldurulduğu qeyd olunub.

Nailə Ağalarova deyib ki, o, bu xəstəliyə görə 30 il ödəniş  alıb. Təqaüdün kəsilməsi isə onun xəstəliyini daha da artırıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Xəzər Xəbər"ə bildirildiyinə görə, müəyyən edilib ki, vətəndaşın əsas diaqnozunun ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməyib. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib.

Nailə Ağalarova məsələ ilə bağlı digər qurumlara müraciət edəcəyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sumqayıt sakininin əlilliyə görə 30 il aldığı müavinət dayandırılıb Səbəb nədir VİDEO


RƏYLƏR