Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 18:50
Rusiya Federasiyası Xantı-Mansı muxtar dairəsinin Surqut şəhərinin Azərbaycan əsilli çoxuşaqlı sakini milli zəmində nifrət yaydığına görə məhkəmə qarşısına çıxacaq.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, söhbət hələ bu ilin iyulunda barəsində məlumat yaydığımız Raya Məmmədovadan gedir(bax: //moderator.az/az/ekskluziv/531967/rusiyada-azerbaycanli-qadin-rusofobiya-maddesi-ile-6-illik-hebs-edile-biler-resmi/).
Qadını rus qonşusu ilə məişət münaqişəsi zəminində 5 ilə qədər həbs cəzası gözləyir.
Öncə Rusiya saytları xəbər vermişdi ki, bina sakinlərindən biri R. Məmmədovanın övladları ilə birgə binanın girişində özünü pis aparması və lifti zədələməsini təsvir edən video paylaşıb. Qadın paylaşmaya kəskin reaksiya verib və kişini və onunla birlikdə bütün rus xalqını təhqir etməyə başlayıb. Guya onun tərəfindən təhdidlər də səslənib. Qadının əri üzrxahlıq etdiyi video-müraciət yayıb. Məmmədova özü də belə edib. O, surqutlulardan rəsmən üzr istəyib və bunu əks etdirən video-yazı paylaşıb. İstintaq mərhələsində də qadı peşman olduğunu bildirib. Lakin onun peşmançılıq sözləri nə Surqut sakinlərini, nə də internet istifadəçilərini razı salmayıb. Məmmədova rusofobiyada ittiham edilib və ona tarixi vətəninə qayıtmaq təklif olunub.
Bir daha ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək.