Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 23:30
Azərbaycan millisi itki ilə üzləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Riçard Almeyda Millətlər Liqasının son turunda yığmamıza kömək etməyəcək.
O, V turun Slovakiya ilə hazırda davam edən matçında sarı vərəqə alıb. Bu, braziliyalı yarımmüdafiəçinin turnirdə 2-ci xəbərdarlığı olub. Bu üzdən Riçard üç gün sonra Qazaxıstana qarşı keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, Trnavada davam edən qarşılaşmada hesab açılmayıb.