Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 09:56
İranda nəşr olunan "Şərq" qəzetinin sosial qrupunun reportyoru Nilufər Həmadi sentyabrın 22-i evində həbs edilib.
Sonxeber.net bildirir ki, bununla bağlı "Şərq" qəzeti öz rəsmi tviter hesabında yazı dərc edib. Qeyd olunub ki, qəzetin sosial qrupunun jurnalisti Nilufər Həmadi sentyabrın 22-i səhər saatlarında evində həbs edilib.
Nilufər Həmadinin vəkili Məhəmməd Əli Kamfiruzi onun həbsi ilə bağlı durumu izlədiyini bildirib.
Eyni gündə jurnalistlər Əlirza Xoşbəxt və Ruhullah Nəxəi və islahatçı siyasi fəal Məhəmmədrza Cəlaipur da həbs edilib.
Bundan əvvəl fotoqraf Yəlda Miri də saxlanılıb.