Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriya sahillərində qayıq batdı, 71 miqrant həlak oldu

Suriya sahillərində qayıq batdı, 71 miqrant həlak oldu

Tarix: 23 Sentyabr 2022 20:30

Suriya sahillərində miqrantları daşıyan qayığının batması nəticəsində 71 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Suriyanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, hadisə zamanı qayıqda livanlı, suriyalı və fələstinli miqrantlardan ibarət 120-150 nəfərin olduğu güman edilir. Onların arasında qadınlar və uşaqlar da olub. Sağ qalan 20 nəfərin Suriyanın Tartus şəhərində xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Qəzaya nəyin səbəb olduğu bilinmir. Hadisə ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilər qayığın Tripoli yaxınlığındakı Minyeh şəhərindən Avropaya doğru yola çıxdığını bildirirlər.

Milli.Az


Etiketlər:  Suriya sahillərində qayıq batdı 71 miqrant həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ