Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

Tarix: 23 Sentyabr 2022 21:54

"ABŞ-ın Ermənistandakı Səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq".

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir.

"Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur", - şərhdə deyilir.

XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə, Ermənistanın xeyrinə olan birtərəfli bəyanatlardan çəkinməyə çağırır:

"Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".

Milli.Az


Etiketlər:  XİN dən ABŞ ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ