Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 03:45
"Həyatımda sevincli və kədərli anlarım vardı. Övladlarımı götürüb o evdən çıxandan sonra ərim ikinci dəfə ailə həyatı qurdu".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Özəl" verilişində deyib.
On illik ailə həyatını sonlandıran sənətçi bildirib ki, ikinci dəfə evlənməyib.
"Onunla on il evli olmuşam. Övladlarımın atasıdır. O tez evləndi. Amma mən yenidən evlənməyi ağlımdan belə keçirmədim. Çünki mən iki oğul böyüdürdüm və yalnız onları düşünürdüm.
On illik ailə həyatımda göz yaşı vardı. Elə Nüsrət Kəsəmənlinin yazdığı "Göz yaşımı görməyəcəksən" nəğməsini də həyat yoldaşımla ayrılan ərəfədə oxumuşdum".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.