Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri

Tarix: 24 Sentyabr 2022 08:12

Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər patologiyaların əmələ gəlməsinə səbəb ola bilirlər. Salmonellaların hər növü mədə-bağırsaq narahatçılıqlarına, temperaturun yüksəlməsinə, spesifik infeksiyaların əmələ gəlməsinə səbəb olur.
Salmonella infeksiyası orqanizmə aşağıdakı yollarla düşür:
- ətdən
- ev quşlarından
- yumurtadan
- süddən
- pendirdən.
Salmonella ilə baş verən bağırsaq infeksiyası xəstəlikləri bütün dünya ölkələrinin həkimlərini daima düşündürür. Belə ki, infeksiyanın əmələ gətirdiyi patoloji əlamətlər çox üzücü olur. Bu əlamətlərə aşağıdakılar aiddir:
- ürəkbulanma
- qarında ağrılar
- ishal
- yüksək tempratur
- qusma.
Temperaturun yüksəlməsi salmonella infeksiyası qana keçdikdə baş verir. Bəzən salmonella infeksiyası bağırsaqda deyil, digər orqanlarda da patologiya törədə bilir. Məsələn, bakteriyalar ürək klapanlarına, onurğa beyin maddəsinə, ağciyərlərə, sidik yollarına, əzələ və digər orqanlara daxil ola bilir. Hətta onkoloji xəstələrdə salmonella bakteriyası şiş toxumasına daxil olur və onun infeksiyalaşmasına səbəb ola bilir.
Bəzi insanlar vardır ki, onlar salmonella daşıyıcısıdırlar, amma bakteriya onlarda heç bir əlamət vermir. Təsadüfi yoxlama nəticəsində onların salmonella daşıyıcıları olduğu meydana çıxır.
Salmonellanın orqanizmdə olmasını qanın və nəcisin analizləri vasitəsi ilə təyin etmək olur.
Bakteriyaların orqanizmdə əmələ gətirdiyi patologiyaların müalicəsində antibiotiklərdən istifadə edilir. Əgər bakteriyalar irinli abseslərin əmələ gəlməsinə səbəb olublarsa, bu zaman cərrahi müdaxiləyə ehtiyac duyulur. Cərrahi müdaxilədən sonra isə xəstəyə antibiotik təyin edilir.

Milli.Az


Etiketlər:  Salmonella xəstəlikləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ