Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Tarix: 30 Sentyabr 2019 17:48

Bakı. Trend:

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Çin Xalq Respublikası böyük inkişaf mərhələsi keçərək həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, köklü iqtisadi islahatlar yolu ilə modern infrastruktura malik ölkəyə, dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Müəllifi olduğunuz “Bir kəmər, bir yol" təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və rifah diləyirəm.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ