Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb

Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb

Tarix: 24 Sentyabr 2022 09:40

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər.

Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb.

Gürcüstanın Baş naziri vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.


Etiketlər:  Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ