Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 12:44
Turizm potensialı yüksək olan rayonlarda 50 qonaq evləri yaradılır. Sakinlər öz evlərini oraya gələn turistlərə icarə verib, gəlir əldə edə bilərlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, proses "Kəndlərdə sahibkarlığın və özünü məşğulluğun inkişafı" layihəsi çərçivəsində həyata keçirilir.
Layihə işsiz və işaxtaran şəxslərin sahibkarlığa cəlb olunmasına kömək edəcək.
Seçilən namizədlər əvvəlcə turizm-xidmət sahələri üzrə təlimlərə cəlb olunacaqlar. Daha sonra qonaq evləri kimi fəaliyyət göstərəcək obyektlərdə təmir-bərpa işləri aparılacaq. Son mərhələdə isə onlara qonaq evləri üçün lazım olan avadanlıqlar, məişət əşyaları veriləcək. Yaxın gələcəkdə layihəyə nəzarət mexanizmi formalaşdırılacaq. Qonaq evləri üçün qiymətlər ailənin özü tərəfindən müəyyən edilir. Layihəyə qoşulmaq istəyənlər Dövlət Məşğulluq Agentliyinin regional filiallarına müraciət edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: