Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 16:42
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Bu barədə Sonxeber.net-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İndiyədək ölkədə ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 339 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 938, bu günə qədər isə ümumilikdə 7 234 280 test icra olunub.