Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2025 08:50
Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra yenidən eyni layihədə rol alıb.
Sonxeber.net xəbər verir ki, illər əvvəl eyni serialda çəkilən keçmiş cütlük yenidən "Kürəkən vs Qayınata" adlı filmdə birgə çəkiliblər.
Qeyd edək ki, cütlük "Vicdan haqqı" serialına çəkilən zaman tanış olublar. 2018-ci ildə ailə quran Muradla Ülviyyənin iki oğlu var. Ülviyyə ilə Murad ötən il boşanıb.
Onlar ayrıldıqdan sonra "Əlvida xoşbəxtlik" serialında tərəf müqabili olub. (Bizim.Media)