Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

De Liqt "Barselona"ya keçiddən niyə imtina edib?

De Liqt

Tarix: 30 Sentyabr 2019 19:36

Bu yay "Ayaks"dan "Yuventus"a transfer olunan Matteys de Liqtin "Barselona"ya keçiddən imtina etməsinin səbəbi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hollandiyalı müdafiəçini bu fikrindən Kataloniya klubunun oyunçusu Jerar Pike daşındırıb. 20 yaşlı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl istirahət etdiyi Baham adalarında Pike ilə təsadüfən görüşüb. Onlar arasında xoş olmayan danışıq olub. Bundan sonra De Liqt Turin təmsilçisinə keçməyə qərar verib.

Qeyd edək ki, "Yuventus" bu yay De Liqtlə 5 illik müqavilə imzalayıb.

 


Etiketlər:  De Liqt Barselonaya keçiddən niyə imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ