Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzi oyunlarda bəxtimiz gətirmirdi'' - Emin Mahmudov

''Bəzi oyunlarda bəxtimiz gətirmirdi'' - Emin Mahmudov

Tarix: 24 Sentyabr 2022 21:52

"Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun".

Bu sözləri millimizin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Qazaxıstanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik" - deyə o bildirib.


Etiketlər:  Bəzi oyunlarda bəxtimiz gətirmirdi Emin Mahmudov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ