Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 22:42
Daşkəsən rayonunun Xoşbulaq kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1963-cü il təvəllüdü Gülnaz Mustafayeva, 1976-cI il təvəllüdlü Sahil Məmmədov və 1978-ci il təvəllüdlü Hicran Məmmədova xəsarət alıblar.
Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.