Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Putin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını rəsmən elan edə bilər" - Britaniya kəşfiyyatı

Tarix: 27 Sentyabr 2022 10:34

"Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır: "O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir".

Böyük Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, Kreml rəhbərliyi qismən səfərbərliyin "xüsusi hərbi əməliyyata" bəraət qazandıracağını və vətənpərəvrlik ruhunu yüksəldəcəyini düşünür.

Xatırladaq ki, V.Putinin sentyabrın 21-də xalqa müraciətindən sonra Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporejye kimi bölgələrində referendumlar başlayıb.

Milli.Az


Etiketlər:  Putin sentyabrın 30 da Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını rəsmən elan edə bilər Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ