Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN: Ötən sutka 29 yanğına çıxış olub - VİDEO

FHN: Ötən sutka 29 yanğına çıxış olub - VİDEO

Tarix: 27 Sentyabr 2022 18:06

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.

Milli.Az


Etiketlər:  FHN Ötən sutka 29 yanğına çıxış olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ