Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO-nun ölkəmizdə keçirilən kursunun açılış mərasimi oldu - FOTO

NATO-nun ölkəmizdə keçirilən kursunun açılış mərasimi oldu - FOTO

Tarix: 27 Sentyabr 2022 18:36

Sentyabrın 27-də NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.

Milli.Az


Etiketlər:  NATO nun ölkəmizdə keçirilən kursunun açılış mərasimi oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ