Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peruda qurban kəsilmiş 76 uşağın qalıqları tapıldı - FOTO

Peruda qurban kəsilmiş 76 uşağın qalıqları tapıldı - FOTO

Tarix: 27 Sentyabr 2022 19:34

Peruda Uançako yaxınlığında yerləşən Pampa La Cruz abidəsində Florida Dövlət Universitetindən Qabriel Prietonun rəhbərlik etdiyi qazıntılar başa çatıb. Mütəxəssislər Çimu mədəniyyətinə aid qurban kəsilmiş uşaqların qəbirlərini aşkar ediblər. 76 qəbirdən 25-i birinci, qalanları isə ikinci kurqanda tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, indiyədək ərazidə ümumilikdə 302 uşaq məzarı üzə çıxarılıb. Arxeoloqların fikrincə, azyaşlılar eramızın 1050-1500-cü illəri arasında qurban edilib.

Qeyd edək ki, insan qurban vermə təcrübəsi Kolumbdan əvvəlki Amerikada geniş yayılıb.

Milli.Az


Etiketlər:  Peruda qurban kəsilmiş 76 uşağın qalıqları tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ