Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş sevgilisini qeyri-adi üsulla cəzalandırdı: 41 dəfə...

Keçmiş sevgilisini qeyri-adi üsulla cəzalandırdı: 41 dəfə...

Tarix: 28 Sentyabr 2022 00:24

Böyük Britaniyanın Çeşir əyalətindən olan Reyçel Tomas-Tir keçmiş sevgilisindən mesaj bölməsində təhdidlər yazılan pul köçürmələri alıb.

Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

24 yaşlı Tomas-Tir 29 yaşlı Cek Rouçla cəmi üç ay görüşüb. Boşandıqdan sonra kişi davamlı olaraq ona zəng edib, mesaj yazıb, qapısının ağzına çiçəklər və şamlar qoyub, ona casusluq etmək üçün saxta "Snapchat" hesabları yaradıb.

Hər yerdən "iqnor" edilən kişi ödəniş məlumatlarına yazılan təhdid və təhqirlərlə pul köçürmələri etməyə başlayıb. Rouç blokun açılmasını tələb edib, onu fahişə adlandırıb və heç vaxt başqa kişi tapmayacağını söyləyib. Ümumilikdə qadın 41 pul köçürməsi alıb.

"Mən hər gün qorxu içində yaşayıram. Daim narahat olduğum üçün yaxşı yatmıram, xüsusən də gecələr səs-küy eşidirəm. Çölə çıxanda daim arxaya baxıram. Bu hadisələr oğluma da təsir etdi. Onu parka aparmağı bacarmalıyam, amma bunu edə bilmərəm", - o deyib.

Nəticədə Tomas-Tir polisə müraciət edib və Rouç həbs olunub. O, qadına çoxlu təhqiramiz mesajlar göndərdiyini, ona naməlum nömrələrdən zəng etdiyini, həmçinin evinə gəldiyini etiraf edib. Onun sözlərinə görə, bunu münasibətləri bərpa etmək ümidi ilə edib.

Rouç 135 saat ödənişsiz iş və 20 gün sosial reabilitasiya olmaqla 12 ay ictimai işlərə məhkum edilib. Məhkəmə həm də ona iki il ərzində Tomas-Tirlə ünsiyyət qurmağı və onun evinə yaxınlaşmağı qadağan edib.

İrfan Vəliyev


Etiketlər:  Keçmiş sevgilisini qeyri üsulla cəzalandırdı dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ