Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Ordusunun TTM-in Maliyyə xidmətinin rəisi həbs edildi

Azərbaycan Ordusunun TTM-in Maliyyə xidmətinin rəisi həbs edildi

Tarix: 28 Sentyabr 2022 11:14

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Sonxeber.net xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Azərbaycan Ordusunun Maliyyə xidmətinin rəisi həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ