Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 18:06
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Türkiyə ölkə vətəndaşlarının ən çox köçdüyü ölkə olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 19-dan 23-dək respublikada daşınmaz əmlak almaq üçün müraciətlərin sayı ayın ortası ilə müqayisədə beş dəfə artıb.
Bunu əmlak mütəxəssisi İrina Moşeva bildirib.
"Ötən həftə marağın artdığı ölkələrin siyahısına Türkiyə başçılıq edir. Sentyabrın 19-23-də bu ölkədə mənzil almaq üçün müraciətlərin sayı 12-16 sentyabr dövrü ilə müqayisədə 5 dəfə artıb", - deyə Moşeva qeyd edib.
O, əlavə edib ki, rusiyalıların Türkiyədə ev almaq tələbinin artması nisbi coğrafi yaxınlıq və yaşayış icazəsi almanın digər ölkələrlə müqayisədə daha ucuz olması ilə bağlıdır.
"Adətən investisiya vətəndaşlığı və ya yaşayış icazəsi proqramının büdcəsi 150 min dollardan 400 min dollara qədərdir. Türkiyədə isə 75 min dollar məbləğində daşınmaz əmlak alarkən yaşayış icazəsi almaq mümkündür", - deyə Moşeva yekunlaşdırıb.