Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisədən boşanmayan milyonçu Avşarın qızı ilə eşq yaşayır - FOTO

Hadisədən boşanmayan milyonçu Avşarın qızı ilə eşq yaşayır - FOTO

Tarix: 28 Sentyabr 2022 19:18

Türkiyənin pop ulduzu Hadisə ilə boşanma ərəfəsində olan milyonçu iş adamı Mehmet Dinçerler Rodosda istirahətdə Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu ilə bir araya gəlib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, Mehmet və Zehra əvvəlcə dostlarının əhatəsində əylənib, daha sonra isə ikili şam yeməyinə gediblər.

Onlar paparasilərin obyektivinə tuş gəlib. Fotoları sosial şəbəkələrə yayıldıqdan sonra ikilinin eşq yaşadığı iddia edilib.

Qeyd edək ki, Hadisə və Mehmet apreldə nikahlarını rəsmiləşdiriblər. Aylar keçdikdən sonra Hadisə "Anlaşaraq sonlandıra bilmədiyimizə görə, boşanmaq üçün məhkəməyə müraciət etdiyimi sizinlə bölüşürəm" bildirib. Hazırda boşanma üçün keçmiş aşiqlər məhkəməyə müraciət ediblər.


Etiketlər:  Hadisədən boşanmayan milyonçu Avşarın qızı ilə eşq yaşayır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ