Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 23:36
İranın rabitə naziri "WhatsApp" və "İnstagram"a qoyulan qadağanın daimi olacağına işarə edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Nazir deyib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:
"Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək.
İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar".
Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet üzərindən öz işlərini və bizneslərini idarə edirdilər.
Məhdudiyyətlərin tətbiqi ilə onlar öz bizneslərini itiriblər. (publika.az)