Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 11:44
Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ekoturizmin inkişafı, ona maraq yaratmaq üçün keçirdiyi müsabiqəni yekunlaşdırıb.
Trend-in məlumatına görə, ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məmmədova Səyyarə deyib ki, Göygölün 880 illiyi münasibətilə ETSN-nin sosial şəbəkə səhifəsində müsabiqə elan edilmişdi. Həmin səhifədə müsabiqə iştirakçılarına beş gün ərzində hər gün bir sual ünvanlanıb. Suallara düzgün cavab verən ilk iki nəfər qalib hesab olunub. Suallar Milli parklar və "Qırmızı kitab"a düşən növlər haqqında məlumatları əhatə edib.
S.Məmmədova deyib ki, sentyabrın 30-da qaliblərin adları açıqlanıb. Bu həftənin sonunda hər bir qalib (1 tanışı ilə birlikdə) Göygöl Milli Parkına səfər edəcəklər:
"Müsabiqənin keçirilməsində məqsəd insanlarda milli parklara maraq yaratmaq, onların bu sahədə məlumatlılığını artırmaq idi. Müraciət edənlərin əksəriyyəti suallara düzgün cavab veriblər. Bu, sevindirici haldır. İstərdik ki, insanların təbiətə, milli parklara olan sevgisi daha çox artsın və həftəsonları nə edəcəklərini düşünmədən milli parklarımıza üz tutsunlar. Çünki təbiət bütün fəsillərdə gözəldir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin