Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 19:42
Rusiyada, Kuşva şəhər məhkəməsi on yaşlı qızına qarşı pis rəftar edən anaya 3 il 15 gün həbs cəzası verib.
Sonxeber.net bildirir ki, bu haqda Sverdlovsk vilayətinin prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsinin "d" bəndi ("İşgəncə") və 156-cı maddəsi ("Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi") ilə təqsirli bilinib. O, cəzasını cəzaçəkmə müəssisəsində çəkəcək.
Məlumata görə, ana 2020-ci ilin iyulundan 2021-ci ilin dekabrına qədər qızı döyüb, payız-qış aylarında lüt halda evdən qovub və soyuq tövlədə və ya hamamda 30 dəqiqədən dörd saata qədər belə oturmağa məcbur edib. . Məhkum evdən çıxanda qızını bütün günü çarpayıya bağlayıb.
Qadın özünü qismən təqsirli bilib və ifadə verməkdən imtina edib.
İrfan Vəliyev