Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstirahətə getmişdi, qəzaya düşdü, iflic oldu

İstirahətə getmişdi, qəzaya düşdü, iflic oldu

Tarix: 30 Sentyabr 2022 21:08

Böyük oğlu ilə Türkiyəyə tətilə gedən britaniyalı qadın turist səfəri zamanı arabası ilə qəza keçirib və qismən iflic vəziyyətdə qalıb.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazıb.

Böyük Britaniyadan olan 30 yaşlı turist Rebekka Kelli 10 yaşlı oğlu ilə birlikdə Antalyaya dincəlməyə gedib. Dağ arabası turu zamanı qadın yolsuzluq avtomobilinin idarəetməsini itirib və qəza keçirib - təpəyə çıxıb, səyyah sükanı döndərə bilməyib və nəqliyyat vasitəsi 50 metr hündürlükdən uçuruma düşüb.

Yıxıldıqdan sonra Kelli altı fəqərəni və çanağını sındırıb, həmçinin bel nahiyəsində daimi sinir zədələnməsi və daxili qanaxma keçirib - buna baxmayaraq, o, qəzadan sağ çıxa bilib. Bildirilib ki, üç həftə ərzində o, ağciyər drenajı və iki onurğa əməliyyatı keçirib. Hazırda britaniyalı vətəninə qayıdıb və Liverpul xəstəxanasında müalicə olunur. Həkimlər hesab edir ki, aldığı xəsarətlər nəticəsində qadın ömürlük əlil qala bilər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İstirahətə getmişdi qəzaya düşdü iflic oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ