Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni doğulan körpəni oğurladılar

Yeni doğulan körpəni oğurladılar

Tarix: 30 Sentyabr 2022 21:28

Hindistanın Odişa (Orissa) ştatının Bhubanesvar şəhərində xəstəxananın reanimasiya şöbəsindən bir qız uşağını oğurlayan cütlük polisə müraciət edib.

Sonxeber.net bildirir ki, bu barədə "India Today" məlumat yayıb.

Tilottama Bisval adlı qadın xəstəxanada iki qız uşağı dünyaya gətirib. Yenidoğulmuşlardan biri anası ilə birlikdə palatada olarkən, digəri qızın vəziyyəti ağır olduğundan xəstəxananın doğuş-ginekologiya şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Uşaq daha sonra şöbədən yoxa çıxıb. Ananın əri Tapan Kumar Cena xəstəxana işçilərinin qızını oğurladığını irəli sürərək xəstəxana rəhbərliyinə şikayət edib.

Polis hadisə ilə bağlı araşdırma başlayıb, lakin onlar heç bir tədbir görmədən Kataka şəhərindən bir cütlük xəstəxanaya gəlib. Onlar uşağı səhvən götürdüklərini bildiriblər. Cütlük oğlunun xəstəxanada olduğunu və təsadüfən qızı götürdüklərini izah ediblər. Xəstəxana rəhbərliyi cütlüyün dediklərinə inanmayıb və uşağı oğurlamaqda ittiham olunan qadının oğul dünyaya gətirmədiyini, həmçinin son 8 günü xəstəxanada keçirdiyini bildirib. Polis cütlüyü həbs edib və araşdırma aparır.

İrfan Vəliyev


Etiketlər:  Yeni doğulan körpəni oğurladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ