Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 08:14
İran vətəndaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sistan və Bəluçestan əyaləti üzrə kəşfiyyat idarəsinin rəisi Seyid Əli Musəvi bu gün etirazçılarla silahlı toqquşmada öldürülüb.
Sonxeber.net bildirir ki, İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində baş verən silahlı hücumda 19 nəfər ölüb, 20 nəfər yaralanıb.
Zahidan şəhərində 3 polis mərkəzinə silahlı hücum edilib.
Zahidan şəhərində baş verən hadisələrlə bağlı 1 oktyabr tarixində şəhərin orta məktəblərində və universitetdə tətil elan edilib.
Zahidan şəhərində baş verən terror hadisəsinin məsuliyyətini "Ceyşul-Zülm" adlı terror qruplaşmasının üzərinə götürüb.