Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın Sistan və Bəluçistan əyalətində hücumlar: 19 ölü

İranın Sistan və Bəluçistan əyalətində hücumlar: 19 ölü

Tarix: 1 Oktyabr 2022 08:24

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində baş verən silahlı hücumda 19 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün Zahidan şəhərində 3 polis mərkəzinə silahlı hücum edilib.

Bundan başqa Zahidan şəhərində silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında toqquşmada Sistan və Bəlucistan əyalətinin Sepah qüvvələrinin kəşfiyyat komandiri Seyid Əli Musəvi həyatını itirib.

Silahlı şəxslər həmçinin bir neçə dövlət rəsmisinə qarşı uğursuz sui-qəsd cəhdi ediblər.

Zahidan şəhərində baş verən hadisələrlə bağlı 1 oktyabr tarixində şəhərin orta məktəblərində və universitetdə tətil elan edilib.

Zahidan şəhərində baş verən terror hadisəsinin məsuliyyətini "Ceyşul-Zülm" adlı terror qruplaşmasının üzərinə götürüb.

İran təhlükəsizlik qüvvələri baş verən terror hadisəsini törətməkdə şübhəli bilinənlərdən bir neçəsinin həbs olunduğunu bildirib. Onlardan külli miqdarda silah və sursat götürülüb.

Milli.Az


Etiketlər:  İranın Sistan Bəluçistan əyalətində hücumlar 19 ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ