Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənnidən 100 milyon istəyirlər

Müğənnidən 100 milyon istəyirlər

Tarix: 1 Oktyabr 2022 14:50

Britaniyalı müğənni Ed Şiran müəllif hüquqları ilə bağlı mühakimə olunur.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

O, bəstəkar Marvin Qayenin 1973-cü ildə yazdığı "Let's Get It On" hitini plagiat etməkdə ittiham olunur. Mahnı ilə oxşarlıq Şiranın 2014-cü ildə ikinci albomu "X"in bir hissəsi kimi işıq üzü görən "Thinking Out Loud" bəstəsində tapılıb.

"Thinking Out Loud"un qismən payına sahib olan "Structured Asset Sales" musiqiçidən 100 milyon dollar təzminat tələb edir.

Şiranın vəkilləri daha əvvəl hakimdən mahnının bu kimi hissələrinin hər yerdə olduğunu əsas gətirmişdilər.


Etiketlər:  Müğənnidən milyon istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ