Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 03:45
"Kimisə itirəndə anlayırıq onun dəyərini, istedadını. Heç kimi günahlandırmaq da olmur. Səhnə çox amansızdır. Gah başgicəllənməyə qədər şöhrət və tələbatlılıq gətirir, ucaldır, gah da elə o ucalıqdan sükuta, uçuruma aparır".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda tanınmış aparıcı Leyla Quliyeva paylaşıb.
O, müğənni Rəhim Rəhimlinin qəfil ölümündən bəhs edib:
"Səhnə işıqlı olduğu qədər də zülmətdir. Bəzən həddən artıq yaradıcı olanlar bu zülmət labirintdən çıxa bilmir. Rəhim Rəhimli təpədən dırnağa musiqi idi. Şou adamı, fərqli, zövqlü və çox həssas idi. Dözmədi. Öncə ruhu küsdü, sonra isə bədəni. Allah rəhmət eləsin".