Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır - Problem həll ediləcəkmi? - VİDEO

Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır - Problem həll ediləcəkmi? - VİDEO

Tarix: 2 Oktyabr 2022 15:12

Bakı-Sumqayıt elektrik qatarlarında sıxlıq davam edir. Qatarlarda sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yaşanan sıxlığı azaltmaq üçün "Azərbaycan Dəmir Yolları"  Sumqayıt- Xırdalan- Baki istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik edib.

"Azərbaycan Dəmir Yolları"  QSC- nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, yeni dərs ilinin başlanmasından bu günədək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb. Bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

QSC-dən o da bildirilib ki, sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakı Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır Problem həll ediləcəkmi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ