Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 16:32
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) vəziyyəti müzakirə etmək üçün gələn həftə Moskva və Kiyevə səfər edəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
"Baş direktor ZAES ətrafında nüvə təhlükəsizliyi zonasının razılaşdırılması və sürətlə həyata keçirilməsinə yönəlmiş məsləhətləşmələrini və digər səylərini davam etdirir. Onun gələn həftə Kiyev və Moskvaya səfəri gözlənilir", - bəyanatda deyilir.
Qeyd olunur ki, Qrossi ZAES yaxınlığında dəfələrlə mina partladılmasından çox narahatdır.