Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 16:14
Kiyev-Peçersk kilsəsinin rəhbəri Metropoliten Pavel kilsə əmlakını Ukrayna ərazisindən çıxarmaq istəyərkən saxlanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, din xadimi qiymətli əşyaların daşınması üçün sənədləri özü tərtib edib.
Metropoliten iddia edib ki, ölkədən çıxarmaq istədiyi ikonalar mədəni, bədii, tarixi, etnoqrafik və elmi dəyəri daşımır. Əslində isə onların qızılı çərçivəyə salındığı bildirilir ki, bu da onların ölkə üçün yüksək dəyər daşıdığını sübut edir.