Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 19:06
Rusiyadakı səfərbərliklə bağlı olaraq bu ölkədən yəhudilərin İsrailə kütləvi mühacirəti başlayıb.
Sonxeber.net-ın xəbərinə görə, onlara yardım etmək üçün İsrail hökuməti Azərbaycan və Finlyandiyada qaçqın düşərgələri yaratmaq qərarına gəlib.
İsrail hökuməti Azərbaycan və Finlyandiyada yəhudilər üçün qaçqın düşərgələrinin yaradılmasına 90 milyon şekel (23,35 milyon dollar) ayırıb.
Bununla yanaşı, Rusiyadakı yəhudilərin İsrailə repatriasiyası prosedurları sürətləndirilib.
Qərarın müəllifləri maliyyə naziri Aviqdor Liberman və yəhudi inteqrasiyası məsələləri üzrə nazir Pnina Tamano-Şatadır.
Rusiyadan İsrailə on minlərlə yəhudinin mühacirət edəcəyi gözlənilir.
Azərbaycan və Finlyandiyada yəhudilər üçün qaçqın düşərgələri ilə Sohnut Yəhudi Agentliyi məşğul olacaq.
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada səfərbərlik elan ediləndən bəri ölkəni ən azı 260 min nəfər tərk edib.