Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsəndə 453 mina zərərsizləşdirildi - FOTO

Daşkəsəndə 453 mina zərərsizləşdirildi - FOTO

Tarix: 4 Oktyabr 2022 11:34

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.


Etiketlər:  Daşkəsəndə mina zərərsizləşdirildi FOTO


RƏYLƏR