Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2022 12:58
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Rasim Ocaqov" fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya Fakultəsinin Kino rejissorluğu ixtisası üzrə təhsil alan tələbəyə verib.
Sonxeber.net xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədi ilə 4-cü kurs tələbəsi İsmayılzadə Güllü Hüseyn qızı layiq görülüb.