Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2022 20:45
Daha əvvəl saçlarını gec-gec yuduğu haqda açıqlama verən Hollivud ulduzu Mila Kunis indi də uşaqları barədə maraqlı etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 37 yaşlı aktrisa övladlarını yalnız kirləndiyi zaman çimizdirdiyini söyləyib:
"Uşaqlarımı nadir hallarda çimizdirirəm. Başqa cür isə heç bir mənası yoxdur. Üzlərini hər gün yuyurlar. Mən balaca olanda isti suyumuz olmurdu, ona görə də çox duş qəbul etmirdim. Bu vərdişi uşaqlarımda da davam etdirirəm".
Qeyd edək ki, M.Kunis aktyor Eşton Katçerlə evlidir. Cütlüyünün 2 övladı var.